Modern.az

Azərbaycan və Rusiya arasında növbəti müzakirə

Azərbaycan və Rusiya arasında növbəti müzakirə

21 İyul 2016, 20:28

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Tərəflər Bakıda keçiriləcək Rusiya-Azərbaycan-İran formatı üzrə yüksək səviyyəli görüşə hazırlıq, habelə ikitərəfli münasibətlərin bir sıra aspektlərini müzakirə ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir