Modern.az

Paytaxt sakini Tovuzda qəlpə yarası alıb

Paytaxt sakini Tovuzda qəlpə yarası alıb

Aktual

21 İyul 2016, 20:39

Tovuz rayonuna qonaq gedən Bakı şəhər sakini partlayış nəticəsində qəlpə yaraları alıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki,  Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Hidayət Qasımov Tovuz  rayonunun Əlibəyli kəndində qonaq getdiyi evin həyətində gəzən zaman naməlum səbəbdən partlayış baş verib. Nəticədə H.Qasımov  bədəninin yuxarı hissəsinin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.

 

Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilən Hidayət Qasımova bədənin yuxarı ətrafında çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub.

 

Ona dərhal tibbi yardım göstərilib, qəlpələr bədənindən çıxarılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır