Modern.az

Bakı aeroportunda külli miqdarda narkotik götürülüb

Bakı aeroportunda külli miqdarda narkotik götürülüb

Aktual

21 İyul 2016, 22:19

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı-Tbilisi aviareysi ilə tranzit qaydada gələn, sonradan isə Tbilisi-İstanbul-Frankfurt aviareysi ilə Almaniyaya getmək istəyən iki nəfər İran İslam Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq onlardan birinə məxsus baqaja gömrük yoxlaması keçirilib.

 

Yoxlama zamanı çamadanın içərisində olan şəxsi əşyaların arasındakı polietilen paketdən birində 1135, digərində 1150 ml qəhvəyi rəngli xüsusiyyətə malik su şəkilində maddə olan iki ədəd plastik qablar aşkar olunaraq protokol əsasında götürülüb.

 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi və bioloji ekspertizasının nəticələrinə görə isə iki ədəd 1 litrlik plastik qablardakı ümumi çəkisi 2000 ml həcmində tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qatılaşmış maye - tiryək məhluludur və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi miqdarı 1161,6 qram (1 kq 161.6 qram) təşkil edib.

 

Faktla bağlı araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı