Modern.az

Yunanıstana qaçan türk əsgərlər tutuldu

Yunanıstana qaçan türk əsgərlər tutuldu

Aktual

21 İyul 2016, 22:48

Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra hərbi helikopterlə Yunanıstana qaçan 8 əsgər haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib. Modern.az xarici mediaya istinadən bildirir ki, sərhədi qanunsuz keçdiklərinə görə onlar 3 il azadlıqdan məhrum edilə bilərlər.

Pilota isə uçuş qaydalarını pozmaqda ittiham olunaraq bəraət verilib. Şərti cəzaya baxmayaraq, hərbçilər hələ də siyasi sığınacaq sorğularına baxılana qədər həbsdə qalacaqlar. Türkiyə qaçan əsgərləri ekstradasiya etmək və onların hərbi çevrilişdə iştiraklarına görə məhkəmə qarşısında cavab vermələrini tələb edir.

Hərbçilərin vəkilləri isə iddia edirlər ki, Türkiyəyə qayıdacaqları təqdirdə onların müdafiəsi təhlükə altında qalacaq.

 

Türkiyədə hərbi çevriliş cəhdi iyulun 15-də axşam saatlarında olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır