Modern.az

Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları - 2016”ya qatılacaq

Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları - 2016”ya qatılacaq

Aktual

21 İyul 2016, 23:41

İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında “Beynəlxalq Ordu Oyunları - 2016” yarışlarının keçirilməsi planlaşdırılır.  Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku - 2016” və “Tank biatlonu - 2016” müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 

Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku - 2016” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.

 

“Xəzər Dənizi - 2016” yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?