Modern.az

Cəbhədən son XƏBƏR

Cəbhədən son XƏBƏR

22 İyul 2016, 09:14

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında, həmçinin Göygöl və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi