Modern.az

Deputat “Aqrolizinq”i “vurdu” ...

Deputat “Aqrolizinq”i “vurdu” ...

Parlament

26 Yanvar 2011, 17:16

Bu gün Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclasında “Mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Süleymanov bir sıra icra qurumlarının əleyhinə tənqidi fikirlər söyləyib. Modern.az saytının məlumatına görə, deputat qeyd edib ki, xarici ölkələrdən Azərbaycana toxum gətirilərkən ayrı-ayrı qurumlar məsuliyyətsizliyə yol verirlər:
“Ona görə də taxılı əkirik, bitməmiş çəyirtkəsi hazır olur. Necə olur ki, toxum aldığımız ölkələrdə bir hektardan 45-50 sentner, bizdə isə 20-25 sentner məhsul əldə edilir? Mən bu məsələdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətini məsuliyyətli olmağa çağırıram. Onlarda bir məsuliyyət hissi olsun”.

Deputat deyib ki, heç bir ölkə Azərbaycana yaxşı məhsul vermir: “Konkret olaraq İran bizə xarab olmuş yumurta ixrac edir. Xaricdən Azərbaycana gətirilən meyvələr aylarla qalır, xarab olmur, qurdlanmır. Biz insanlarımızın sağlamlıq məsələsini də düşünməliyik”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir