Modern.az

Mövlud Çavuşoğlu azərbaycanlı deputatlara şirniyyat paylayıb

Mövlud Çavuşoğlu azərbaycanlı deputatlara şirniyyat paylayıb

Təhsil

26 Yanvar 2011, 19:52

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətini qəbul edib. (ANS)
Görüşdə M.Çavuşoğlu deyib ki, Avropa Şurasında Azərbaycan və Ermənistandan olan deputatlar arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçirilə bilər.
Azərbaycan təmsilçiləri isə Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti onun diqqətinə çatdırıb.

Çavuşoğlu görüşdə yeni heyətə qurumun prioritetlərini açıqlayıb. Qurumun bir türk prezident kimi o, Azərbaycanın maraqlarını qoruyacağını bəyan deyib: “Əlbəttə, burada çalışarkən öz ölkəmizi də unutmayacağıq. Azərbaycan və Türkiyə üçün ortaq məsələlərimiz var. Bir qardaşınız kimi həmişə sizə kömək edəcəm”.

Məlum olduğu kimi Ermənistan Dağlıq Qarabağla bağlı Alt Komitənin yaradılmasının əleyhinə çıxış edir. Çünki komitənin fəaliyyəti Avropa Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamənin icrasına yönəlib. Həmin sənəddə isə işğal olunmuş Azərbaycan torpaqlranın boşaldılması tələb olunur. Erməni nümayəndə heyətinin bununla bağlı artıq deyəsi sözü və müdafiə edəsi mövqeyi yoxdur. Bununla belə, AŞPA-nın prezidenti Mövlud Çavuşoğlu öz səlahiyyətlərindən istifadə edərək mütləq Komitənin fəaliyyətini bərpa edəcəyini açıqlayıb. Bundan başqa, artıq ilk iclasın günü də müəyyən edilib. Bu cümə günü baş tutacaq iclasa isə erməni tərəfinin qatılıb-qatılmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, görüşə Azərbaycanın AŞ yanındakı daimi nümayəndəsi Arif Məmmədov da qatılıb.

Qısa çıxışlardan sonra qurumun türkiyəli prezidenti nümayəndə heyətinin üzvlərinə türk adətlərinə uyğun xüsusi hazırlanmış şirniyyatı şəxsən özü paylayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat