Modern.az

Şəhidlər xiyabanından oğurluq edən şəxs tutulub

Şəhidlər xiyabanından oğurluq edən şəxs tutulub

Təhsil

26 Yanvar 2011, 20:02

Qazax polisi oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb. Rayonun 2 ci Şıxlı kənd sakini Elnur Hacıyev yaşadığı kəndin şəhidlər xiyabanından oğurluq etməkdə şübhəli bilinir.  
Modern.az-ın məlumatına görə, Qazax rayonunda Şəhidlər xiyabanından oğurluq edən şəxs əsasən gecə vaxtı qəbiristanlıqlardakı metal boruları,  eləcə də digər qiymətli əşyaları oğurlayır. Polis  əməkdaşları daxil olmuş məlumat əsasında rayonun 2-ci Şıxlı kəndində belə bir faktın üstünü açıb. Qazax RPŞ-nin istintaq bölməsinin rəisi Namiq Məmmədhəsənov əməkdaşımıza bildirib ki, Qazax rayon 2-ci Şıxlı kənd icra nümayəndəsi İsa Tanırverdiyev onlara müraciətindən sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətmiş Elnur Hacıyev tutularaq istintaqa təhvil verilib.
Təqsirləndirilən Elnur Hacıyev törətdiyi əməli səmimi etiraf edib. O spirtli içkinin alüdəçisi olduğunu və içkiyə pul tapa bilmədiyindən oğurluq etdiyini deyib. 1 şüşə arağa görə qəbristanlıqdan oğurluq edən şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə iş başlanılıb. Istintaq aparılır. Qeyd edək ki, bu Elnur Hacıyevin ilk cinayət əməlidir. Hazırda Qazax polisi onun başqa cinayətlərdə əli olub-olmadığını araşdırır.

Xalqi Qurbanov
Gəncə

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat