Modern.az

BMT: “1 milyard insan zəhməti müqabilində qəpik-quruş alır”

BMT: “1 milyard insan zəhməti müqabilində qəpik-quruş alır”

Təhsil

27 Yanvar 2011, 11:41

Beynəlxalq Əmək Təşkilatı dünyada əmək qabiliyyətli əhali arasında 205 milyon işsiz olduğunu açıqlayıb

Dünyada əmək qabiliyyətli əhali arasında 205 milyon işsiz var. Bu barədə Beynəlxalq Əmək Təşkilatının yeni məruzəsində deyilir. Modern.az təşkilatın rəsmi saytına istinadən bildirir ki, 2011-ci ildə də işsizliyin səviyyəsi yüksək olacaq. Bütün dünyanın əmək qabiliyyətli 6,1 faizi işsiz olacaq.

Məruzədə bildirilir ki, MDB dövlətlərində 2009-cu il üçün işsizlik 10,4 faizə çatıb. Bundan ən çox gənclər ziyan çəkib. Hər beşinci gənc özünə iş tapa bilmir.

“Dünyanın əmək qüvvəsini təşkil edən 1,2 milyard insan zəhmətləri müqabilində çox aşağı həddə əmək haqqı alır. Bu pul onlara kasıblıq həddini keçməyə imkan vermir”-deyə məruzədə bildirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir