Modern.az

Lənkəranda bazar “qiyamı”....

Lənkəranda bazar “qiyamı”....

Təhsil

27 Yanvar 2011, 12:04

Xırda bizneslə məşğul olanlar kassa aparatlarının qoyulmasına etiraz edərək İcra Hakimiyyətinə yürüş ediblər

Bu gün səhər saatlarında Lənkəran Mərkəzi bazarının 500-ə qədər satıcısı etiraz aksiyası keçirib. Bu barədə Modern.az-a yerli sahibkarlar məlumat veriblər. Onların sözlərinə görə, etiraza səbəb Vergilər Nazirliyi tərəfindən xırda dükanlara kassa aparatlarının qoyulması ilə bağlı göstəriş olub. Buna etiraz edən xırda ticarətlə məşğul olanlar dükanlarını bağlayaraq etirazlarını bildirblər. Daha sonra 500 nəfərlik dəstə Lənkəran rayon İcra Hakimiyyətinin qarşısına doğru yürüş ediblər. İcra Hakimiyyətində olan görüş nəticəsiz başa çatıb. Polis aksiyaya müdaxilə etməyib.

Lənkəran rayon İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayevin Modern.az-a verdiyi məlumata görə,  sahibkarların nümayəndələri ilə görüş olub və kassa aparatları ilə bağlı şikayətləri dinlənilib. “Heç bir aksiya olmayıb. Sadəcə, onlar bununla bağlı narazılıqlarını bildiriblər, biz də lazımi tədbirləri görəcəyik”-deyə icra başçısının müavini bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu