Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurasının "qara siyahısı"na hansı QHT-lər salınıb?

QHT-lərə Dövlət Dəstəyi Şurasının "qara siyahısı"na hansı QHT-lər salınıb?

Qarabağ

27 Yanvar 2011, 12:22

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il 70 QHT-yə maliyyə dəstəyinin göstərməyərək onlardan layihə qəbul etməyəcək. QHT-lərə Dövlət Dəstəyi Şurası bəyan edib ki, həmin təşkilatlar ötən il onlara ayrılan vəsaitin bir qismini qeyri-səmərəli xərcləyib, intizamsızlıq göstərərək gördükləri iş barədə hesabat təqdim etməyiblər və ya oni çox gecikdirblər.

Bəs həmin QHT-lər hansılardır, onların adları ictimaiyyətə açıqlanacaqmı?

Modern.az saytının əməkdaşı bu sualla Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanova müraciət edib.
F.Qurbanov saytımıza bildirib ki, 70-ə yaxın QHT-yə maliyyə hesabatının gecikdirilməsi və vaxtında təqdim edilməməsinə görə sanksiya tətbiq edilir. “Amma hansı təşkilat hesabatını neçə gün gecikdirib və digər məsələlərlə bağlı hazırda iş gedir. Hələ siyahı tam hazır olmadığı üçün biz həmin QHT-lərin adlarını açıqlamaq istəmirik, hazırda siyahı üzrə son dəqiqləşmə aparılır”.

İcraçı direktor onu da bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “qara siyahı”nı mətbuata çıxartmaq istəmir: “İstəmirik ki, onların ictimai nüfuzuna xələl gəlsin”.

F.Qurbanov deyib ki, adları “qara siyahı”ya düşən 70 təşkilata Şuranın bulki maliyyə yardımı musabiqəsindən kənarlaşdırma sanksiyası tətbiq olunub, bu barədə həmin təşkilatlara müvafiq məktublar da göndəriləcək: “Hesabatları gecikdirən təşkilatlara əvvəlcədən yazılı sürətdə xəbərdarlıq olunub, bundan sonra olunacaq xəbərdarlıq isə müsabiqədən kənarlaşdırmayla bağlı  olacaq”.

Mail Ağaxanov    

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir