Modern.az

Keçmiş arxiv işçisi, bu günkü siyasətçi deputat 58 yaşını qeyd edir

Keçmiş arxiv işçisi, bu günkü siyasətçi deputat 58 yaşını qeyd edir

27 Yanvar 2011, 12:31

YAP icra katibinin böyük siyasətə gedən yolu Arxivlər İdarəsidən başlanıb

Modern.az-ın məlumatına görə, bu gün Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun ad günüdür. Onun 58 yaşı tamam olur.
Fəlsəfə elmləri namizədi, dosent, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının və həmin Şura yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, Milli Məclisin deputatı Əli Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib.
1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub.

1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında icra katibi seçilib.Yeni Azərbycan Partiyasının sədrinin müavini və partiyanın icra katibidir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2010-cu il noyabrın 7-da keçirilən parlament seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsindən 3-cü dəfə deputat seçilib. Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Kavaler” ordeni ilə təltif olunub.

Evlidir, 2 övladı var.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir