Modern.az

“Televizordan  uzaq qalmışdım” – 700 bal yığan abituriyent

“Televizordan  uzaq qalmışdım” – 700 bal yığan abituriyent

25 İyul 2016, 22:46

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələrini elan edib. Modern.az saytı AzVision.az-a istinadən xəbər verir ki, qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyin şagirdi Qasımov Təbriz Nazim oğludur.

 

Rekorda imza atan T.Qasımov açıqlamasında qəbul imtahanlarında 700 bal toplayacağını gözləmədiyini deyib.

 

“Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım üçün televizor və sosial şəbəkələrdən uzaq qalmışdım. Müəllimlərim mənə inanırdılar. Onlara təşəkkürümü bildirirəm. Bu nəticəni müəllimlərimin və valideynlərimin dəstəyi nəticəsində əldə etmişəm. Hələlik hansı ali təhsil olacağına sənəd verəcəyimi dəqiqləşdirməmişəm. Yaxın günlərdə bu barədə qərarımı verəcəyəm”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi