Modern.az

Yanğın olan binadan sakinlər təxliyyə edilir –FOTO, Yenilənib

Yanğın olan binadan sakinlər təxliyyə edilir –FOTO, Yenilənib

25 İyul 2016, 22:46

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Oktay Bayramovun Modern.az-a verdiyi yeni məlumata görə, yanğın 9 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib:

“2 otaqlı, 50 kvadratmetrlik mənzil tamamilə yanıb. Tüstü bloka dolduğundan bina sakinləri təxliyyə edilib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Yanğının södürülüməsi davam etdirilir. Yanğın səbəbi araşdırmalardan sonra açıqlanacaq”.

 

 

22:16

 

 

Bu dəqiqələrdə Bakının Yeni Günəşli qəsəbəsi, massiv “V”, bina 1 ünvanında yanğın başlayıb. Binanın 5-ci mərtəbəsindəki mənzildə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi cəlb olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Oktay Bayramov Modern.az saytına açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat üzrə əməkdaşlar hadisə yerindədir. Mənzildə insan olub-olmamasına dair informasiya yoxdur. Yanğının söndürülməsi istiqamətində işlər aparılır”.

O.Bayramov hadisə ilə bağlı əlavə məlumat veriləcəyini açıqlayıb.

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir