Modern.az

Bakıda 3 piyada VURULDU: sürücü öldü

Bakıda 3 piyada VURULDU: sürücü öldü

26 İyul 2016, 12:04

Bakıda avtomobil 3 piyadanı vurub.

 

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən xəbərinə görə, iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub, sonradan avtomobil divara çırpılıb.

 

Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu