Modern.az

İsmayıllıda “MultikulturalistAzərbaycan” layihəsinə start verilib

İsmayıllıda “MultikulturalistAzərbaycan” layihəsinə start verilib

26 İyul 2016, 12:54

İRƏLİ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İsmayıllıda “MultikulturalistAzərbaycan” layihəsinə start verib.

 

Layihənin açılış mərasimində çıxış edən İsmayıllı İcra HakimiyyətininbaşçısıMirdamədSadıqov rayon barədə ətraflı məlumat verib, Azərbaycanda, o cümlədən bölgədə hökm sürən tolerant və multicultural dəyərlərdən danışıb.

 

Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri VüsalQuliyev, İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən  Seyidov layihənin   əhəmiyyətindən, Azərbaycanda multikultural dəyərlərin təbliğindəki rolundan söz açıblar.

 

Altı gündavam edəcək “MultikulturalistAzərbaycan” layihəsində əsas   məqsəd gəncləri maarifləndirmək, Azərbaycanın müxtəlif  regionlarında yaşayan etnik azlıqların nümayəndələrini, eyni  zamanda ölkəmizdə  təhsil alan xarici ölkələrin gənclərini biraraya toplamaqla onlar arasında mədəni dialoq yaratmaq, gənclərdə tolerantlıq, humanizm prinsiplərini formalaşdırmaqdır.

 

Multikultural  dəyərlərinaşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi ilə demokratik mühitin inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, inteqrasiya fonunda Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaqla milli-mənəvi dəyərlərimizin, mədəniyyət və tarixi abidələrimizin mənfur düşmənlərdən qorunması xüsusi diqqət mərkəzində olacaq.

 

800-dən çox gəncin müraciət etdiyi “MultikulturalistAzərbaycan” layihəsində 120 nəfər - Azərbaycanın ayrı-ayrı regionlarında yaşayan gənclər və müxtəlif  millətlərin, o cümlədənTürkiyə, Pakistan, Qırğızıstan, Əfqanıstan  və Kamerun gəncləri iştirak edirlər.

 

Layihə çərçivəsində müxtəlif tədbirlər həyata keçiriləcək.İştirakçılar komandalar halında yarışacaqlar.

Açılış mərasiminin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər