Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı 2 səfir işdən çıxarılıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Fətullahçılarla əlaqədə olduqları güman edilərək işdən çıxarılan diplomatlardan biri 2012-2014-cü illərdə Türkiyənin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olmuş və daha sonra Türkiyə XİN-də işini davam etdirmiş Tuncay Bablıdır.
Digəri isə Türkiyənin UNESCO yanındakı səfiri Gürcan Balıkdır.
Ağa AKİFOĞLU