Modern.az

Şirvandakı yanğın yerinə helikopter cəlb edildi

Şirvandakı yanğın yerinə helikopter cəlb edildi

26 İyul 2016, 17:19

“Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın davam edir. Hətta bu dəqiqələrdə yanğını söndürmək üçün nazirliyin helikopteri də hadisə yerindədir”.

 

Bu haqda Modern.az saytına Şirvan şəhər icra hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev məlumat verib.

 

O qeyd edib ki, şiddətli yanğın davam edir: “Yanğının şiddətindən içəriyə daxil olmaq mümkün deyil. Xəstəxanadan bizə verilən məlumata görə, ora yerləşdirilənlərdən ölən yoxdur. Amma içəridə qalanların olması istisna edilmir”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?