Modern.az

Ankaranın tarixi simvolunun adı dəyişdirilir

Ankaranın tarixi simvolunun adı dəyişdirilir

26 İyul 2016, 17:23

Türkiyənin paytaxtı Ankara şəhərinin tarixi simvolu sayılan meydanın adı dəyişdirilir.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

1929-cu ildən bəri Qızılay meydanı kimi tanınan ərazi 15 iyul Qızılay “Demokratiya meydanı” adlandırılacaq. 

Qızılay meydanı Ankaranın mərkəzi sayılır və adını 1929-cu ildə inşa edilən, lakin bu gün mövcud olmayan Qızılayın mərkəzi binasından alır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) qarşısındakı Silahlı Qüvvələrin Baş Qərargah qovşağının adı “15 iyul şəhidlər meydanı” adlanacaq.

Artıq bununla bağlı Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Məlih Gökçək isə hər iki ərazidə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulması barədə qərar verdiklərini bildirib. 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir