Modern.az

Oqtay Şirəliyev də Şirvana getdi: yaralılara baş çəkdi

Oqtay Şirəliyev də Şirvana getdi: yaralılara baş çəkdi

26 İyul 2016, 18:55

 

Şirvanda baş vermiş hadisədə xəsarət alanlara baş çəkmək məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev Şirvana yola düşüb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində hələlik 20 nəfər xəsarət alıb, ölən yoxdur. Xəsarət alanlardan 2-nə ambulator yardım göstərilib. Hazırda 18 nəfər xəstəxanada müalicə olunur. Onlar travma və yanıq xəsarətləri alıblar. Xəsarətlərin alanların vəziyyətləri ağır, orta ağır, bəzilərinin vəziyyəti isə kafi qiymətləndirilir. Xəsarət alanlardan 1 nəfəri reanimasiya şöbəsindədir.

 

Yaralılara yüksək səviyyədə tibbi yardım göstərilir. Ərazidə təcili tibbi yardım briqadalarının işləməsində də heç bir problem yoxdur.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər