Modern.az

Daşkəsəndə ağır yol qəzası baş verib

Daşkəsəndə ağır yol qəzası baş verib

Aktual

26 İyul 2016, 21:31

Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

 

Məlumata görə, “PAZ” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində sürücü ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri 1994-cü il təvəllüdlü Tural Cəlalov  və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır