Modern.az

Hərbi çevrilişə cəhdin Türkiyə üçün 2 mühüm NƏTİCƏSİ

Hərbi çevrilişə cəhdin Türkiyə üçün 2 mühüm NƏTİCƏSİ

27 İyul 2016, 11:12

“Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək”.

Modern.az-ın xəbərinə görə, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

 

Ekspert Ankaradakı 15 iyul hərbi çevrilişə cəhdin Türkiyə üçün iki mühüm nəticələrini açıqlayıb.

 

O bildirib ki, Türkiyə-Rusiya yaxınlaşması sürətlənəcək və Rusiya ABŞ-Türkiyə soyumasından məharətlə yararlanacaq:

 

“Birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək. Hazırda Türkiyədən rəsmi nümayəndə heyəti Moskvada görüşlər keçirir. Hər iki ölkə “Türk axını” layihəsinə yenidən qayıdır, vizasız səfərlər də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyumasından məharətlə istifadə edəcək.

 

Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da Rusiyaya dəvət edib. Ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək.

 

Ümumi mövzular (Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması) ətrafında fikir mübadiləsinin aparılması mümkündür”.

 

Politoloq bildirib ki, Ərdoğan yaxın aylarda Avropa İttifaqına girib girməməklə bağlı referendum keçirəcək:

“İkincisi, Ərdoğanın yaxın aylarda Türkiyədə “Avropa İttifaqına üzv olaq, olmayaq?” sualı ətrafında referendum keçirəcəyi istisna deyil.

 

Çünki, Türkiyədə həbslərin miqyası artdıca, Brüsselin Ankaranı tənqidləri artacaq, bu isə Ərdoğanın xoşuna gəlməyəcək”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər