Modern.az

9 abituriyent nədən şikayətlənib? – RƏSMİ CAVAB  

9 abituriyent nədən şikayətlənib? – RƏSMİ CAVAB  

27 İyul 2016, 13:17

“I və IV ixtisas qrupları üzrə 5, II və III ixtisas qrupları üzrə isə 9 nəfər test tapşırıqlarının məzmunu ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yaradılmış Apelyasiya Komissiyasına müraciət ediblər”.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

 

TQDK-dan deyilib ki, Apelyasiya Komissiyasına daxil olan şikayətlər və müraciətlər əsasən bu fənlərdən daha çox olub:

 

“Əsas etibarilə daxil olan müraciətlər coğrafiya, riyaziyyat, Azərbaycan dili, ədəbiyyat, tarix fənləri üzrə test tapşırıqları ilə bağlı olub.

 

Ekspertlər həmin müraciətləri ətraflı araşdırmış, həmin sualların ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramları və dərsliklərə tam uyğun olduğunu izah ediblər. İzahlar abituriyentləri qane edib”.

 

Qurumdan bildirilib ki, Apelyasiya Komissiyasının tərkibi mütəxəssis müəllimlərdən və elmi işçilərdən təşkil olunub:

 

“Komissiyanın tərkibinə müvafiq fənlər üzrə təcrübəli məktəb müəllimləri, ali təhsil və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri daxil edilib.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarından sonra Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasında 18 iyul 2016-cı il tarixində I və IV, 25 iyul 2016-cı il tarixində isə II və III ixtisas qrupları üzrə test tapşırıqlarının məzmunu ilə bağlı Apelyasiya Komissiyası fəaliyyət göstərib”-deyə TQDK-dan bildirilib.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir