Modern.az

Lənkəranda deputat gənclərlə görüş keçirib

Lənkəranda deputat gənclərlə görüş keçirib

Aktual

27 İyul 2016, 16:04

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP siyasi şurasının üzvü Hadi Rəcəbli Lənkəranda YAP üzvü olan gənclərlə görüş keçirib.

 Görüşdə prezident İlham Əliyevin dövlət quruculuğu modelində gənclərin yeri xüsusi vurğulanıb, bu sahədə aparılan ardıcıl işlərlə bağlı mühazirə dinlənilib.

 Sosial durumu ağır olan gənclərin təhsil haqlarının dövlət hesabına ödənilməsi, onlar üçün xüsusi kvota ilə iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı özünü məşğulluqla bağlı məsələlərə də toxunulub. 2016-cı il qeyri neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı islahatlar ili kimi praktiki misallarla təqdim olunmuş, qısa müddətdə qəbul olunan qanunlar, fərman və sərəncamlar şərh edilib.

 Görüşdə İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsini nəzərdə tutan referendum aktı ilə bağlı imzaladığı sərəncamda gənclərə dəstək olan bir neçə müddəa xüsusi vurğulanıb.

 Vurğulanıb ki, gənclərə seçilmək hüququ verilən yaş həddinin 18-ə endirilməsi bunun bariz nümunəsidir.

 Müzakirələr sonradan çay masası ətrafında davam etdirilin.

 Gəncləri düşündürən bir sıra məqamlara aydınlıq gətirilmiş, dünyada mövcud olan cəmiyyət-vətəndaş, cəmiyyət-hökumət problemləri misallarla şərh edilib.

 Sonda gənclər deputatla xatirə şəkili çəkdiriblər.

 

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!