Modern.az

Hüquqşünas konstitusiyaya ediləcək dəyişiklikləri ŞƏRH ETDİ

Hüquqşünas konstitusiyaya ediləcək dəyişiklikləri ŞƏRH ETDİ

27 İyul 2016, 16:59

“Referendumda Konstitusiyanın  29 maddəsinə dəyişiklik nəzərdə tutulub. Amma bütövlükdə isə Konstitusiyaya ediləcək dəyişiklərin sayı ümumi sayı 44 olacaq.

Çünki Konstitusiyada dəyişiklik ediləcək  29 maddə ilə yanaşı bəzi yeni maddələr  də əlavə ediləcək , bəzi maddələrə isə yeni bəndlər daxil olacaq”.

Bu barədə Modern.az-a açıqlamasında Konstitusiya ediləcək dəyişiklərini şərh edən hüquqşünas Əliməmməd Nuriyev deyib.

“Referendumla Konstitusiyaya dəyişiklik edildikdən sonra bir sıra qanunvericilik aktlarında, məcəllələrdə, normativ hüquqi aktlarda da dəyişiklər olacaq, hətta yeni qanunlar da qəbul ediləcək”.

 

Hüquqşünas əsasən bu qanunvericilik sahələrində dəyişiklərin olacağını açıqlayıb:

“Əsasən Mülki Məcəlləyə, Seçki Məcəlləsinə, Əmək məcəlləsinə, söz, məlumat və ifadə haqqında qanunvericiliyə, məmurların və dövlət qulluqçularının vəzifə və səlahiyyətləri ilə bağlı bir sıra qanunlara əlavə və dəyişiklər olacaq.

Xüsusən, əmək qanunvericiliyinə ediləcək dəyişikliklə artıq bundan sonra müəssisələrin birdəfəlik bağlanması qadağan edəcək.

Yəni Konstitusiyaya “qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır” bəndi daxil edilməklə artıq bundan sonra əsassız yerə istehsalat müəssisələrinin bağlanmasının qarşısı alınacaq. Bununla da iş yerlərinin bağlanması təhlükəsi getdikcə azalacaq”.

Əliməmməd Nuriyev hesab edir ki, qanunvericilik aktlarında ediləcək ən mühüm dəyişiklik kimi Silahlı Qüvvələr sahəsində olacaq dəyişiklikdir:

“Ən mühüm qanunvericilik dəyişikləri “Silahlı Qüvvələr haqqında Azərbaycan Respublikasının qanuna” olacaq dəyişiklik hesab oluna bilər. Bununla da ölkənin müdafiə və təhlükəsizlik sahəsində mövcud olan bir sıra normativ hüquqi aktlara da dəyişiklik gözlənilir.

 

Beləliklə də , bundan sonra ölkənin müdafiə və təhlükəsizlik qüdrətinin daha da artırılması tam qarant altına alınacaq”.

Hüquqşünas Konstitusiyaya ediləcək dəyişiklərdən sonra bu qanunvericilik sahələrində də yeniliklərin olacağını bildirib:

Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrə aid qanunvericilik və normativ hüquqi aktlara da dəyişiklər olacaq.

Parlament qanunvericiliyinə,  xüsusi mülkiyyət, torpaq haqqında qanunlara, bələdiyyələr haqqında qanunvericiliyə  da bir sıra dəyişiklik və əlavələr baş tutacaq.

Əhalinin müxtəlif təbəqələrindən olan insanların sosial müdafiəsi  haqqında mövcud qanunvericilik bazasına da dəyişiklik olacaq”.

 

Bütün bu həyata keçiriləcək Konstitusiya dəyişikləri ölkəni xaricdən gələn təhdidlərdən qoruyacaq, təhlükəsizlik, müdafiə, iqtisadi və sosial sahədə maraqlarının təmin olunmasına münbit şərait yaradacaq”-deyə Əliməmməd Nuriyev bildirib.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı