Modern.az

MSK referendumla bağlı işçi qrup yaratdı

MSK referendumla bağlı işçi qrup yaratdı

28 İyul 2016, 10:41

Mərkəzi Seçki Komissiyasının (MSK) 26 sentyabrda keçiriləcək referendumla bağlı ekspertlərdən ibarət işçi qrup yaradıb.

 

MSK-dan Modern.az-a verlən məlumata görə, bu barədə Komissiyanın dünənki iclasında qərar qəbul edilib.

 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrup yaradılıb.

 

 

MSK-nın üzvü Azər Tağıyev işçi qrupun rəhbəri təyin edilib. Qərar bu gündən hüquqi qüvvəyə minib.  

 

İşçi qrup imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə yaradılıb.

 

 

Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlər müvafiq seçki (referendum) komissiyasına təqdim olunmalıdır. 

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?