Modern.az

Baş redaktorlar Aznews.az-a təbrik göndərdilər

Baş redaktorlar Aznews.az-a təbrik göndərdilər

Aktual

29 İyul 2016, 11:28

 

Avqustun 1-də “Aznews.az” saytının 4 yaşı tamam olur. Azərbaycan xəbər məkanında özünəməxsus yeri, professional yanaşma tərzi olan hər birimizin doğma saytına baş redaktorlar da təbrik ünvanlayıb.

 

Qafqazinfo.az İnformasiya portalının rəhbəri Elbrus Ərud:

 

“Aznews.az saytı yeni dövr Azərbaycan mediasının üzdə olan simalarından biridir. Müasir Azərbaycanda mətbuat dedikdə daha çox saytlar yada düşür. Saytların içində yüksək nüfuza malik olan saytlardan biri də Aznews.az-dır. Saytın kollektivi kiçik, imkanları məhdud olsa da daim yeni və maraqlı xəbərləri oxucularına təqdim edirlər. Özəlliyi olan bir saytdır. Saytın işçiləri təmənnasız işləyirlər. Sayta baxanda görünür ki, peşəkar və qərəzsiz  fəaliyyət göstərirlər. Sayt 4 yaşına görə çox böyük uğurlara imza atıb.  Saytın redaktoru ilə dostluğumuz var. Düşünürəm ki, gələn il 5 yaşında daha mükəmməl uğur əldə edəcəklər. Aznews.az saytına və onun rəhbərliyinə uğurlar arzulayıram”.

 “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:

 

“Aznews Azərbaycan internet mediasında xüsusi yeri olan bir xəbər portalıdır. Portal yarandığı gündən böyük xəbər yükünün daşıyıcısı olub, cəmiyyətə çoxsaylı eksklüziv xəbərlər təqdim edib. Elə xəbərlər var ki, onları radioda da eşidəndə də, başqa xəbər portalında oxuyanda da dərhal hiss edirsən ki, onda Aznews yükü var. Portalın ölkənin ayrı-ayrı tanınmış simalarından götürdüyü maraqlı müsahibələri də qeyd etmək istərdim. Bu müsahibələrin bir neçəsi xeyli müddət gündəmdə qalıb, sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib. Portal həm də xəbər yayımında vətəndaşlıq mövqe nümayiş etdirməsi, ölkənin milli maraqlarını daim öndə tutması ilə tanınır. Mən də  Aznews -da çalışanları başda Elçin Zahiroğlu olmaqla təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram! O gün olsun portalın 40 yaşını qeyd edək!”

 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:

 

“Aznews.az Azərbaycanın xəbər məkanında öz yeri və dəst-xətti olan saytdır. Ciddi xəbər qaynağıdır və peşəkar saytların liqasında rəqabət aparır. Bundan sonra da sayta və orada çalışan dostlarıma uğurlarının davamlı olmasını arzulayıram!”

 

“Azadinform” İnformasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev:

 

“Aznews.az-ın Azərbaycanın internet media məkanında özünəməxsus yeri var. Çox kiçik kollektivlə böyük işlər görən həmkarlarımız xəbər kopyalamaqdan daha çox, onun istehsalına səy göstərirlər. Düşünürəm ki, “Aznews.az” əməkdaşlarının bu iddiası heç vaxt tükənməyəcək, Azərbaycan mətbuatının inkişafına, oxucuların obyektiv və qərəzsiz xəbər ehtiyaclarının ödənilməsi üçün bundan sonar da əzmlə çalışacaqlar. Ədalət naminə qeyd edim ki, gənc olmasına baxmayaraq sayt rəhbərliyində bu iradə var və inşallah irəlidəki illərdə biz buna şahid olacağıq. Aznews.az xəbər portalı kollektivini 4 yaş münasibəti ilə təbrik edirəm”.

 

Qafar Ağayev

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu