Modern.az

Rusiyanın Gümrüdəki bazasında növbəti insident

Rusiyanın Gümrüdəki bazasında növbəti insident

29 İyul 2016, 11:52

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgəri Yerevanın mərkəzində aşkar olunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi hissənin ərazisini icazəsiz tərk edən rus əsgəri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Onun üzərindən heç bir silah aşkar edilməyib.

 

Hazırda hərbçi Gümrüdəki bazaya geri qaytarılıb.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı