Modern.az

Misirdə polis "Rədd olsun Mübarək!" deyən kütləni dağıdır (fotolar)

Misirdə polis "Rədd olsun Mübarək!" deyən kütləni dağıdır (fotolar)

28 Yanvar 2011, 17:52


Bu gün Misirdə müxalifət hakimiyyət əleyhinə özünün ən böyük aksiyalarından birini keçirir. On minlərlə nümayişçi prezident Hüsni Mübarəkin 30 illik hakimiyyətinə son qoyulmasını tələb etmək üçün küçələrə çıxıb. Son məlumatlara görə, prezident Mübarəkin istefasını tələb edən etirazçılarla polis arasında toqquşmalar baş verib.

Misir hakimiyyəti paytaxt Qahirəyə ordu hissələrini yeridib. Hərbi hissələr şəhərin strateji obyektlərini nəzarət altına alıblar ki, nümayişçilər həmin yerlərə toxuna bilməsinlər.

Modern.az-ın məlumatına görə, xarici mətbuat Misirdə hakimiyyətin internetin, mobil rabitənin  işində məhdudiyyət yaratdığını bildirir.

Misirin əsas müxalif fiqurlarından biri Məhəmməd əl-Baradey də nümayişə qoşulub. Bəzi məlumatlara görə, polis Məhəmməd əl-Baradeyini saxlayıb. Əsas müxalifət partiyası olan Müsəlman Qardaşlığı qrupunın rəhbərlərindən də saxlanılanlar var.
Məlumatlara görə, qarşıdurmada ölənlər və yaralananlar var. Polis gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edir.

Qahirədə paytaxtın baş meydanı tam şəkildə hərbiçilər tərəfdən bağlanıb. Modern.az  RSN agentliyinə istinadən bildirir ki, Misir hakimiyyəti hətta yaxın məsciddə namaz qılmağa belə imkan verməyib. Hazırda təhlükəsizlik qüvvələri və polis Təhrir meydanını böyu yük maşınları ilə dövrəyə alırlar.


 

 

 

 

 

 


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat