Modern.az

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Milli kino Günü”nü qeyd edir

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Milli kino Günü”nü qeyd edir

29 İyul 2016, 17:00

Avqustun 2-də premium kinoteatrlar şəbəkəsi sayılan “CinemaPlus”da “Milli Kino Günü” qeyd olunacaq.
Həmin gün 28 Mall və Gəncədəki Xəmsə mərkəzindəki “CinemaPlus” kinoteatrlarında Üzeyir Hacıbəyovun operettası əsasında 1945-ci ildə çəkilən və baş rolda Rəşid Behbudovun yer aldığı “Arşın mal alan” filminin yeni versiyası nümayiş olunacaq. 



Qeyd edək ki, film “Heydər Əliyev Fondu” tərəfindən bərpa olunub. “Arşın mal alan”ın restavrasiya prosesində filmin çəkilişində iştirak edənlərdən daha çox peşəkar iştirak edib. Layihə “Oskar” mükafatı sahibləri və Hollivudun peşəkarları tərəfindən icra olunub və işlər 4 ölkədə aparılıb. 



Avqustun 2-də həmçinin “Cinemaplus” 28 Mall-da “ADDIM” Gənclər Təşkilatı ilə birgə bir sıra filmlər də nümayiş etdiriləcək: Bunlardan biri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azerbaycanfilm” kinostudiyasında çəkilən “Yarımçıq xatirələr” filmidir. Filmin əsas hissələri Belarusda- Brest, Minsk və Vileyka qəsəbələrində çəkilib. Film 1941-cı ildə Brest divarlarını qəhrəmancasına müdafiə etmiş, 50 il sonra isə öz doğma Dağlıq Qarabağ torpaqlarını düşmənlərdən qoruyan əsgər haqqında bəhs edir. Nümayişə giriş yalnız dəvətnamə ilədir. 



Milli yazıçı Çingiz Abdullayevin “Quba Kapriççiosu” romanının motivləri əsasında çəkilən və məşhur Dronqo haqqında yazılan kitablar silsiləsinə daxil olan “Xeyirlə şərin rəqsi” filmi də həmin gün nümayiş etdiriləcək. 



Daha sonra kinoteatrda bu filmləri də izəlmək olar: Bir ailənin faciəsi haqqında bəhs edən və Azərbaycan kinematoqrafiyasının əsas ulduzlarının iştirakı ilə çəkilən “Pərdə” filmi və məktəblilərin çəkildiyi “Dərs” filmi.



“CinemaPlus” 28 Mall-a biletlərin qiyməti 3 manat, “CinemaPlus” Khamsa-yə isə biletlərin qiyməti 2 manat olacaq.



Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin. 



//itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 
//play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?