Yanvarın 28-də Nəqliyyat Nazirliyində 2010-cu ilin yekunları və 2011-ci ildə nəzərdə tutulan tədbirlərə həsr olunmuş kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, Nəqliyyat Nazirliyindən bildirilib ki, iclasda nəqliyyat naziri Ziya Məmmədov 2010-cu il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb.
Nazir Azərbayсan iqtisadiyyatının, eləсə də nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini bildirib. Z.Məmmədov həmçinin 2010-cu ilin yekunları və 2011-cu ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verib.
Kollegiya iсlasının gedişində Azərbayсan Dövlət Dəmir Yolunun sədri Arif Əsgərovun, «Azəryolservis» Açıq Səhmdar Сəmiyyətinin sədri Cavid Qurbanovun, «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib. Kollegiya iclasına yekun vuran nazir Ziya Məmmədov bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2010-cu ilin yekunlarını qənaətbəxş hesab edib.
Sonda Z.Məmmədov qurumların fəaliyyətində müəyyən irəliləyişlər olmasına baxmayaraq, müəyyən qüsurların olduğunu, avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib. Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Modern.az