Modern.az

Prezident hökuməti istefaya göndərib

Prezident hökuməti istefaya göndərib

Təhsil

29 Yanvar 2011, 11:35

Misirdə gərginlik davam edir. Zorakılıqlarla müşayiət edilən hökümət əleyhinə etiraz nümayişləri polis və hərbi qüvvələr tərəfindən dağıdılıb. Prezident Hüsni Mübarəkin fərmanı ilə Misirdə komendant saatı tətbiq olunub. Ötən gecə dövlət televiziyası ilə canlı yayımda çıxış edən prezident Hüsnü Mübarək hökuməti tam tərkibdə istefaya göndərdiyini bildirərək yeni kabinet formalaşdıracağına söz verib, sonra xalqı sakitliyə çağıraraq yeni islahatlar aparacağına və vətəndaşlara azadlıqlar verəcəyini deyib.

Prezident işsizilyin aradan qaldırılması istiqamətində təcili tədbirlər görəcəyini bəyan edib. Hüsnü Mübarək bəyan edib ki, qısa müddətdə yeni hökuməti formalaşdıracaq. Bununla belə müxalifət hələ də Hüsnü Mübarəkin istefasını tələb etməkdə israrlıdırlar.

Xarici KİV-lərin məlumatına görə, paytaxt Qahirədə sakitlik qismən bərqərar olunub. Ölkədə mobil rabitə və internet hələ işləmir. Küçələrdə polis və hərbi qüvvələr keşik çəkirlər. Kimdir Hüsnü Mübarək? Misir Ərəb Respublikasının ərazisi 1 milyon kvadrat kilometr, əhalisi 80 milyon nəfərdir. Ölkə 1953-cü ildən yarı prezident respublikasıdır. Dövlət başçısı Məhəmməd Hüsnü Mübarək 1981-ci ildən bu kürsüdə əyləşib.

Məhəmməd Hüsnü Mübarək 4 may 1928-ci ildə anadan olub. O, Qahirədə hərbi akademiyanı bitirib, bir müddət hərbi pilot kimi fəaliyyət göstərib.1952-ci ildən hərbi akademiyada dərs deyib. Sonra onu hərbi aviasiya alayının komandanı təyin ediblər. 1967-ci ildə isə hərbi hava akademiyasının direktoru təyin olunub. 1972-ci ildə prezident Ənvər Sadat Hüsnü Mübarəki Hərbi Hava Qüvvələrinin komandanı və Misirin müdafiə nazirinin müavini postuna gətirib. 1973-cü ildə Misir-İsrail müharibəsində fərqlənən Mübarək aviasiya marşalı rütbəsinə layiq görülüb. 1974-cü ildə ona Misir Silahlı Qüvvələrinin general-leytenantı hərbi rütbəsi də verilib. 1975-ci ilin aprelində Mübarək vitse-prezident postuna təyin olunub.

1975-1981-ci ildə Hüsnü Mübarək Misir prezidenti Ənvər Sadatın əsas köməkçisi vəzifəsində çalışıb. 1981-ci ildə eks-prezident Ənvər Sadatın sui-qəsdlə öldürülməsi nəticəsində hakimiyyət Hüsnü Mübarəkə keçib. O, 1987, 1993, 1999, 2005-ci illərdə keçirilən və müxalifətin iştirakının məhdudlaşdırıldığı prezident seçkilərində də qalib elan olunub.

82 yaşlı prezident 2011-ci ildə keçiriləcək seçkilərdə yenidən öz namizədliyini irəli sürəcəyini bəyan edib. Ancaq həkimlər onun səhhətinin buna imkan verməyəcəyini deyirlər. Son hadisələr göstərdi ki, Hüsnü Mübarək hakimiyyətdə qalmağa və yenidən prezident seçilməkdə israrlıdır. Prezidentə hakimiyyəti dövründə 6 dəfə sui-qəsd olunsa da, o sağ qala bilib. Hüsnü Mübarəkin arvadı Syuzan Mübarək də Misirdə geniş səlahiyyətlər sahibidir. Müxalifət bildirir ki, Misiri faktiki olaraq Syuzan Mübarək əri ilə birgə idarə edir. Prezidentin 2 oğlu var. Kiçik oğul Kamal Mübarək prezidentin əsas varisi sayılır və o atasından sonra hakimiyyətə gətirilməyə əsas namizəddir. Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat