Terrorun üstü açılıb
Moskvanın “Domodedovo” aeroportunda törədilmiş terror cinayətinin üstü açılıb. Bu barədə “RİA Novosti”yə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmisi Vladimir Markin bildirib. O, təfərrüatların daha sonra açıqlanacağını deyib.
“İnterfax” agentliyi isə hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən bildririb ki, “Domodedovo”da törədilən terror aktına görə şübhəli şəxslər müəyyənləşib və hazırda onların saxlanıması üçün tədbirlər görülür.
Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. İlkin məlumata görə, terrorçu-kamikadze 7 kq trotil ekvivalentində partlayıcını gözləmə zalında işə salıb. Partlayış nəticəsində 35 nəfər həlak olub, 120 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Modern.az