Modern.az

Bakıda məşhur hakimin anma mərasimi olub

Bakıda məşhur hakimin anma mərasimi olub

Təhsil

29 Yanvar 2011, 15:54


Yanvarın 29-da dünya şöhrətli hakim Tofiq Bəhramovun doğum günüdür. Azərbaycan futbolunun 100 illik yubiley tədbirləri çərçivəsində bu gün AFFA-nın əməkdaşları, futbol ictimaiyyətinin nümayəndələri Tofiq Bəhramovun məzarını ziyarət edib, abidəsinin önünə AFFA-nın adından əklil və gül dəstələri qoyublar.
AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək Tofiq Bəhramovun nəinki Azərbaycan və keçmiş SSRİ, ümumilikdə dünya futbolunun tarixində silinməz izlər qoymuş şəxslərdən olduğunu bildirib. Futbol veteranı, ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov isə Tofiq Bəhramovla bağlı xatirələrini danışıb, onu hər zaman böyük ehtiramla yad etdiyini deyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat