Müxalifət partiyaların daxil olduğu İctimai Palatanın bu gün keçirlən sessiyası yekunlaşıb. Sessiya ölkədəki sosial-iqtisadi vəziyyəti müzakirə edib. İclasda İctimai Palatanın bir illik iş planı təsdiq edilib. Palata həmçinin “Xocalı faicəsi” haqqında hazırladığı qanun layihəsini ilkin oxunuşda qəbul edib. İctimai Palataya daxil olan partiyalar ölkədəki siyasi vəziyyətlə bağlı bəyanat qəbul ediblər.
Modern.az-ın məlumatına görə, qurum həmçinin yanvarın 31-də Novxanıda ADR rəhbəri Məhəmməd Əmin Rəsulzadənin ad gününü qeyd edəcək. Həmin gün İctimai Palatanın üzvləri Novxanıya gedəcəklər. Bu günkü sessiyada İctimai Palataya 16 nəfər yeni üzv qəbul edilib. Onların arasında ADP-çi, hüquqşünas Qurban Məmmədov, h’rbi ekspert Uzeyir Cəfərov və digər tanınmış şəxslər var.
Palatanın sessiyalarının qrafiki də təsdiq olunub. Sessiyada qərara alınıb ki, hər ayın son şənbə günü İctimai Palatanın iclası keçirilsin.
Modern.az