Modern.az

“Domodedovo”nu partladan tapıldı

“Domodedovo”nu partladan tapıldı

Təhsil

29 Yanvar 2011, 18:45

Rusiya Baş İstintaq İdarəsinin müstəntiqləri DİN və FSB-nin operativ əməlliyatçıları ilə birə apardıqları təhqiqatdan sonra “Domodedovo” hava limanında törədilən terror aktının üstünü açıblar. Bu barədə istintaq idarəsi bu gün məlumat yayıb.

Modern.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatda deyilir ki, özünü partladan terrorçunun şəxsiyyəti müəyyən olunub. “Bu Şimali Qafqaz respublikalarının birinin 20 yaşlı sakinidir. İstintaqa həmin şəxsin adı məlumdur. Amma bir sıra səbəblərə görə, onun adı bu gün açıqlanmır. Hazırda terrorun sifarişçilərinin və vasitəçilərinin tutlması üçün əməliyyat axtarış tədbirləri gedir”-deyə sənəddə bildirlrir.
Məlumata görə, terror aktının gözləmə zalında baş verməsi onun  xüsüsi olaraq xarici vətəndaşlara yönəldiyindən xəbər verir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat