Modern.az

Prezidentin hər iki oğlu Londona qaçıb

Prezidentin hər iki oğlu Londona qaçıb

Təhsil

29 Yanvar 2011, 22:59

Bu gün axşamdan Misirin iri şəhərlərində komendant saatı başlanıb, amma president əleyhinə etiraza qalxan xalq buna əməl etmir. Paytaxt Qahirənin mərkəzi Təhrir meydanında  minlərlə etirazçı qalmaqdadır. Bəzi məlumatlara görə, onların sayı 50 mindən çoxdur. Qahirənin küçələrinə çıxan nümayişçilər israrla prezident Hüsnü Mübarəkin istefasını tələb edirlər. Xarici KİV-lərin məlumatına görə, nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşmalar bdavam edir. 100-dən çox adamın öldüyü 2 mindən yaralının olduğu bildirilir.

Bu arada Misir prezidenti Hüsnü Mübarək ölkə kəşfiyyatının rəhbəri Ömər Süleymanı 30 ildir boş saxlanılan vitse-prezident vəzifəsinə təyin edib. Bundan başqa, mülki aviasiya naziri Əhməd Şəfiq idə baş nazir postuna gətirilib. 30 ilə yaxın hakimiyyətdə olan 82 yaşlı prezident Mübarək yanvarın 28-də hökuməti istefaya göndərib. Hökumətin yeni tərkibi bu gecə açıqlanmalıdır.  Yeni baş nazir Əhməd Şəfiq hökuməti formalaşdırmalıdır.

Müxailifət lideri Məhəmməd el-Baradei isə deyib ki, həyata keçirilən islahatlar xalqı qane etmir və prezident istefa verməlidir. Əks halda nümayişlər davam edəcək. Hazırda Qahirədə gərginlik səngimək bilmir. Ordunun bir hissəsi xalqın tərəfinə keçib.  ”Əl Cəzirə” telekanalının verdiyi məlumata görə, Misir prezidentinin oğlanları Qamal və Əla Mübarək Londona qaçıblar. Qeyd edilir ki, Hüsnü Mübarək məhz kiçik oğlu Qamalı özündən sonra president görməyi istəyirdi. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi