Modern.az

İlham Əliyev Azərbaycan vətəndaşlarının Misirdən çıxarılması üçün təyyarə ayırıb

İlham Əliyev Azərbaycan vətəndaşlarının Misirdən çıxarılması üçün təyyarə ayırıb

Təhsil

30 Yanvar 2011, 15:31

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan Respublikasının vətəndaşlarının Vətənə qayıtması üçün Misir Ərəb Respublikasından evakuasiya edilməsinə dair Prezident İlham Əliyevin tapşırığı ilə qərar qəbul edilib və bu məqsədlə Misirə xüsusi təyyarə göndərilməsi planlaşdırılıb.

Evakuasiyaya dair tələb olunan məlumatları əldə etmək üçün Misir Ərəb Respublikasını tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşları Qahirədə yerləşən Azərbaycan Respublikası səfirliyinin yaratdığı qaynar xətt vasitəsi ilə əlaqə saxlamalıdırlar. Qaynar xəttin nömrələri: 00201 69 14 2848 və 00201 08 15 8628. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü