Modern.az

Misirdə Azərbaycan səfirliyinin əməkdaşı həlak olub

Misirdə Azərbaycan səfirliyinin əməkdaşı həlak olub

30 Yanvar 2011, 15:42

Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub. Bu, ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Nicat Qocayevdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan səfirliyinin mühasibi N.Qocayev şənbə günü axşam işdən evə qayıdarkən güllə yarası alıb və ölüb. Qeyd edək ki, Prezident İlham Əliyev Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan Respublikasının vətəndaşlarının Vətənə qayıtması üçün Xairici İşlər Nazirliyinə tapşırıq verib, bununla əlaqədar xüsusi təyyarə ayrılıb. Ən son məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə yanvarın 30-da günorta Misirə uçib.

Misirdəki kütləvi iğtişaşlar nəticəsində təqribən 150 nəfərin həlak olduğu 2 min nəfərin yaralandığı bildirlir. Bu arada Azərbaycan XİN Misir Ərəb Respublikasına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına xəbərdarlıq ünvanlayaraq səfərlərini təxirə salmağı tövsiyə edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir