Modern.az

Şəmkirdə iki uşaq anasının başı kəsilib

Şəmkirdə iki uşaq anasının başı kəsilib

30 Yanvar 2011, 15:59

Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, Şiştəpə kənd sakini Elnur Vidadi oğlu Abbassov  həyat yoldaşı Ləman Oktay qızı Abbasovanın bıçaqla başını kəsib.  Şəmkir polisi Elnur Abbasovu isti izlərlə saxlayıb. Ötən gün axşam saat 17:30 radələrində Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsinə rayon sakini 24 yaşlı Ləman Oktay qızı Abbasovanın qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə gedən asayiş keşikçiləri Ləman Abbasovanın öz əri tərəfindən öldürüldüyünü müəyən ediblər. Şəmkir RPŞ-nin rəis müavini İmaməddin Namazov bildirdiyinə görə, Ləman Abbasovanı aralarında baş vermiş şəxsi mübahisə zəmnində öz həyat yoldaşı 1980-ci il təvəlüdlü Abbasov Elnur Vidadi oğlu bıçaqla vuraraq qətlə yetirib. Cinayət törədən Elnur Abbasov hadisə yerindən qaçamağa cəhd edib. Amma o bunu bacarmayıb. Keçirilmiş əməliyyat tədbirləri zamanı Elnur Abbasov tutularaq istintaqa təhvil verilib. İki uşaq anasını qətlə yetirən şəxs barəsində Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 cü maddəsi ilə iş başlanılıb. İstintaq aparılır. Xaliq Qurbanov Gəncə

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?