Modern.az

Dünya liderlərinin Hüsnü Mübarəkə təzyiqləri artır

Dünya liderlərinin Hüsnü Mübarəkə təzyiqləri artır

Təhsil

30 Yanvar 2011, 16:30
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın dövlət rəhbərləri Misir Prezidenti Hüsni Mübarəkdən zorakılığa yol verməməyi və islahatlar həyata keçirməyi tələb ediblər.

BBC-nin məlumatına görə, Misirin paytaxtı Qahirədə hazırda etiraz aksiyaları davam edir, Təhrir meydanında on minlərlə nümayişçi israrla prezidentin istefasının tələb edir.

Banklar, birjalar və məktəblər bağlı olaraq qalır. Minlərlə məhbus gecəyarısı həbsxanadan qaçıb.

Bu arada hakimiyyət "Əl-Cəzirə" ərəb telviziyasının Misirdə yaımlanmasının qarşısının alıb.

Bir həftəyə yaxındır davam edən nümayişlərdən sonra hakimiyyəti əldə saxlamağa çalışan cənab Mübarək istefa vermək istəmir.

Bu arada ABŞ prezidenti Barak Obama Misirdəki vəziyyəti müzakirə etmək üçün milli təhlükəsizlik rəsmilərilə görüşüb. Görüşdən sonra Ağ Ev bəyanat verib ki, Misirdə zorakılığa yol verilməməlidir. Ağ ev bəşəri hüquqları, siyasi islahatlara aparan konkret addımları müdafiə etməkdə davam edəcəyini bildirib.

Britaniya, Almaniya və Fransa liderlərindən də oxşar çağırışlar səslənib: "Biz Prezident Mübarəki silahsız insanlara qarşı zorakılıqdan istifadədən çəkinməyə, nümayişçiləri isə öz hüquqlarını sülh yolu ilə həyata keçirməyə çağırırıq".

Misirdəki son hadisələrdə 150 nəfər həlak olub, 2 min nəfər yaralanıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü