Modern.az

TQDK Miqrasiya orqanlarında işə qəbul imtаhаnının nəticələrini açıqladı

TQDK Miqrasiya orqanlarında işə qəbul imtаhаnının nəticələrini açıqladı

Təhsil

31 Yanvar 2011, 10:58

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il yanvarın 30-da Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Komissiyadan veriləb məlumata görə, imtahanda iştirak etmək istəyən 285 nəfərin namizədliyi qeydə alınıb.
Onlardan 271 nəfəri imtahanda iştirak edib, 14 nəfər imatahana gəlməyib. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən 18 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub