Modern.az

Quba soyqırımı məzarlığında rəzalət

Quba soyqırımı məzarlığında rəzalət

Qarabağ

31 Yanvar 2011, 11:49

Yanvarın 30-da Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Litvanın Şərqi Avropa Araşdırmalar Mərkəzinin nümayəndələrinin Qubaya səfəri təşkil edilib.

Bu barədə saytımıza qurumun sədri Elşad Eyvazlı məlumat verib. O, qeyd edib ki, səfər çərçivəsində qonaqlar Qubada ermənilər tərəfindən soyqırımına məruz qalan soydaşlarımızın quyulandığı yerə də baş çəkiblər.

“Qubaya səfərin məqsədi rayonla tanışlıq, oradakı QHT-lərlə əlaqə yaratmaq olsa da, biz qonaqları soyqırımı məzarlığına da apardıq. Orada isə bütövlükdə millətimiz üçün aşağılayıcı bir məqamla rastlaşdıq. Qonaqlar soyqırımı məzarlığını ziyarət etdikdən sonra oranın nəzarətçiləri onlara yaxınlaşaraq bu məzarlığı anladan kitabın olduğunu da söylədilər və kitabın birinin 2 manata satıldığını dedilər.

Gözətçlərin dediklərindən təəccüblənən qonaqlar bizə müraciətlə “doğrudanmı siz bu məzarlıqla bağlı kitabları xaricilərə satırsınız” deyə soruşdular. Doğrusu, nə cavab verəcəyimizi bilmədik. Ancaq vəziyyətdən çıxış yolu kimi bildirdik ki, onlar səhv başa düşüblər. “Sadəcə nəzarətçilər fikirlərini düzgün ifadə etmədilər” dedik. Bundan sonra mən nəzarətçilərin otağına getdim, 4 manat odədim və dedim ki, qonaqlara iki kitab versinlər. Məsələni belə həll etdik”.

E.Eyvazlı bildirib ki, məzarlığın gözətçilərindən bu kitabların satılmasını onlara kimin tapşırdığını soruşanda, cavab veriblər ki, belə tapşırıq alıblar.

Bütün bunları rəzalət kimi dəyərləndirən E.Eyvazlı məsələni araşdıracaqlarını bidirib.

Həmsöhbətimiz kütləvi məzarlıqda sümüklərin çürümə təhlükəsinin çoxaldığını da qeyd edib: “Bunu dəfələrlə Milli Elmlər Akademiyasının Qubada olan ekspedisiyasının rəhbəri Qəhrənam Ağayev də bildirib. Hər halda, belə davam etsə, erməni vandallığının əyani sübutu olan bu sümüklər çürüyüb gedəcək”.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir