Modern.az

Milli Məclis Seçki Məcəlləsində dəyişikliyə hazırlaşır

Milli Məclis Seçki Məcəlləsində dəyişikliyə hazırlaşır

Parlament

31 Yanvar 2011, 12:24

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı məsələ parlamentin gündəliyə salınıb

Milli Məclisin sabah başlayacaq yaz sessiyanın birinci iclasının gündəliyinə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ salınıb. Bu barədə Modern.az saytına Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılov məlumat verib.

Deputat saytımıza deyib ki, 2009-cu ildə keçirilmiş referndum zamanı Seçki Məcəlləsi ilə bağlı bir sıra dəyişiklik olub. Belə ki, referendumda xalqın müzakirəsinə çıxarılmış “Müharibə şəraiti zamanı ölkədə prezident və parlament seçkiləri keçirilməyə bilər” dəyişikliyi qəbul edilib. Bununla da ölkədə seçkilərin keçirilməməsi ilə bağlı Konstitutsiya Məhkəməsinə müraciət etmək səlahiyyəti Mərkəzi Seşki Komissiyasına verilib. Seçki Məcəlləsinə edilən bu dəyişikliyə əsasən, bundan sonra MSK-nın müraciəti əsasında ölkədə prezident və parlament seçkiləri keçirilməyə bilər. Milli Məclis sabah Seçki Məcəlləsinə ediləcək bu əlavə və dəyişikliyi təsdiq edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir