Modern.az

Misirdə hərbçilər barrikada qurmağa başlayıblar

Misirdə hərbçilər barrikada qurmağa başlayıblar

Dünya

31 Yanvar 2011, 13:07


Misir paytaxtında hərbçilər küçələrdə barrikadalar qurmağa başlayıblar. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Qeyd edək ki, Misir müxalifəti 31 yanvarda ümumilli tətil elan edib və sabah “milyonların etiraz marşı”nı keçirəcək.

Bu gündən etibarən Misir polis özünün vəzifələrini icra etməyə başlayıb. “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, bu barədə adının çəkilməsini istəməyən Misirin təhlükəsizlik xidmətindəki mənbə bildirib. Mənbə deyib ki, polisin işi küçələrdə yalnız ictimai asayişi qorumaq olacaq və mitinqlərə müdaxilə etməyəcək. Hazırda küçələrdə təhlükısizliyi ordu qoruyur. Qahirədə şəhər sakinləri qarətçilərə qarşı xalq drujinaları yaradırlar.

Misir müxalifətinin əsas xadimlərindən biri, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri  Məhəmməd Əl Baradeyi Misirdə yeni dövrün başlandığını bəyan edib. O, prezident Hüsni Mubaraki istefaya çağırıb. Baradeyi Qahirədə kütləvi etiraz aksiyalarının mərkəzi olan Təhrir meydanında nümayişçilər qarşısında çıxış edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir