Modern.az

Qafqazın ən böyük parkı - “Xan Bağı" 2 milyon manata yenidən qurulur

Qafqazın ən böyük parkı - “Xan Bağı" 2 milyon manata yenidən qurulur

Təhsil

31 Yanvar 2011, 13:49


Gəncə şəhərində təmirinə başlanılan “Xan Bağı” istirahət parkında aparılan yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir.  Bu barədə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Modern.az-a məlumat verilib. 6 hektar ərazini əhatə edən parka təmir zamanı 5 mindən şox dekorativ ağac və gül kolları əklilib. Həmçinin, parkın ətrafına ümumilikdə 38 min kv.m əraziyə tamet döşənib. Bundan əlavə park ərazisində yeni fəvvarələr quraşdırılıb və işıqlandırma sistemi yenilənib.
Qeyd edək ki, dövlət tərəfindən “Xan Bağı”nın yenidən qurulması üçün 2 mln. manat dəyərində vəsait ayrılıb və işlərə ötən ildən start verilib. Bildirək ki, “Xan Bağı” qədim tarixə malik olmaqla yanaşı, ərazisində yüzlərlə növ ağac növü bitir.

Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir