Modern.az

Misirdə həlak olan azərbaycanlı gənc ölümündən qabaq atasına nə deyib? (fotolar)

Misirdə həlak olan azərbaycanlı gənc ölümündən qabaq atasına nə deyib? (fotolar)

Təhsil

31 Yanvar 2011, 17:50

Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Nicat Qocayevin cənazəsi bu gün Doğulduğu Ağcabədi rayonu Hüsülü kəndində torpağa tapşırılıb. Bu barədə dəfn mərasimində iştirak edən Milli Məclisin üzvü Tahir  Rzayev Modern.az-a məlumat verib. Dəfn mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələri və rayon ziyalıları iştirak ediblər. 
Hadisə Qocayevlər ailəsi ücün gözlənilməz olub. Nicat Qocayev sonuncu dəfə ölümündən bir neçə saat əvvəl atası ilə telefon əlaqəsi saxlayıb. Atasına bildirib ki, Misirdə fövqəladə vəziyyət yaranıb və o hazırda səfirlikdə işlə məşguldu. 

Qeyd edək ki, səfirliyin 24 yaşlı əməkdaşı Nicat Qocayev Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində öldürülüb. Səfirliyinin mühasibi N.Qocayev şənbə günü axşam işdən evə qayıdarkən güllə yarası alıb və həlak olub. Nicat cəmi 2 ay imiş ki, Misirdə çalışmış... O, 1986-cı il təvəllüdlüydü.

Qeyd edək ki, Prezident İlham Əliyev Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan Respublikasının vətəndaşlarının Vətənə qayıtması üçün Xairici İşlər Nazirliyinə tapşırıq verib. Bununla əlaqədar xüsusi təyyarə 103 soydaşımızı Azərbaycana gətirib.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi