Modern.az

TQDK-dan magisr olmaq istəyənlərə kömək

TQDK-dan magisr olmaq istəyənlərə kömək

5 Avqust 2016, 11:28

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib.

Bu barədə TQDK-dan Modern.az-a məlumat verilib.

Məlumata görə, “Magistr” jurnalının 6-cı nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

Jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Qeyd edək ki, magistraturaların boş qalan yerlərinə ixtisas seçimi avqustun 8-14-də aparılacaq.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir