Modern.az

Azay Quliyev Şirvana niyə gedib?

Azay Quliyev Şirvana niyə gedib?

Parlament

31 Yanvar 2011, 17:47

Milli Məclisin deputatı Azay Quliyev 30 yanvar tarixində Şirvan şəhər “Kənd evləri yaşayış massivi”ndə  təbii qazın verilməsində yaranmış problemlə əlaqədar ərazidə olub. Bu barədə Modern.az-a deputatın qərargahından məlumat verilib.

Yerli qaz idarəsi rəhbərliyinin iştirakı ilə seçicilərin şikayətləri dinlənilib və bəziləri yerindəcə həll edilib. Bütövlükdə isə deputat şəhərin qaz təchizatında yaranmış problemlərin köklü həlli üçün müvafiq qurumlar qarşısında məsələni qaldıracağını bildirib.










Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir